QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə578/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   574   575   576   577   578   579   580   581   ...   1096
QUM EKOSİSTEMLƏRİ – hipoekosistem sırasına aid olub seno-

genetik proseslərin tamamlanması, bitki örtüyü ilə  zəif örtülməsi (3-

25%), fauna, fitofaq və zoofaqların az zənginliyi ilə seçilir. Lakin bu 

biota hərəkət edən qum relyefinə və qumluqlara yaxşı uyğunlaşır. 



QUMMİ  – selikli və yapışqanlı  məhlul  əmələ  gətirən kompleks 

polisaxaridlər; gavalı, gilas, ərik,  şaftalı  və s. ağacların qabığı 

yaralandıqda duru yapışqan  şəklində xaricə  çıxır və havada bərkiyir; 

suda həll-olur, spirtdə isə həll olmur. 



QURAQLIĞA DAVAMLILIQ – Quraqlıq dövründə və quru iqlim 

şəraitində bitkinin toxuma və hüceyrələrinin susuzlaşmasına davam 

gətirmək qabiliyyəti, torpağın və havanın quraqlığına daha çox kserofit 

bitkilər adaptasiya olunur. 



QURAQLIQ  – yazda və yayda yağıntının normadan çox aşağı  və 

hava temperaturunun xeyli artıq, hava rütubətliyinin isə xeyli aşağı 

olduğu uzun dövr. Q-da torpaqdakı rütubət ehtiyatı buxarlanmaya və 

transpirasiyaya sərf olunaraq qurtarır, bitkilərin normal inkişafı üçün 

əlverişli olmayan şərait yaranır, normal fotosintez şəraiti pozulur, 

nəticədə tarla, otlaq və biçənəklərdə  məhsul azalır, yaxud tamamilə 

məhv olur. Süni suvarma, tarlaqoruyucu meşə zolaqlarının salınması Q.-

ğa məruz qalan yerlərdə Q.-ğa davamlı bitkilərin  əkilməsi də yaxşı 

nəticə verir. 



 

270 


 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   574   575   576   577   578   579   580   581   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin