QURAQLIQ ZONA (YARIMARİD, SEMİARİD ZONASI) – çöl
(bozqır) və meşə zonasında yer səthinin dövri olaraq quraqlıq təkrar
olunan ərazisi.
QURĞUŞUN (Pb) – sənayedə geniş istifadə olunan kimyəvi ele-
ment, ağır metaldır, ətraf mühiti çirkləndirən ən təhlükəli sayılır. Sənaye
rayonlarında Q. çoxlu miqdarda kənd təsərrüfatı heyvanlarının qaraciyər
və böyrəklərində olur. Q., həmçinin çaxır, təmiz suda olan balıqlar, bəzi
meyvə-tərəvəzlərin də tərkibində müşahidə olunur. Qanın analizi
zamanı insan orqanizmində olan qurğuşunun miqdarı təyin olunur. Q.-
nun miqdarı 100 ml qanda 15 mkq-dan artıq olmamalıdır. Uşaq və
hamilə qadınlar üçün bu normativ iki dəfə aşağı sayılır. Q.-la
zəhərlənməyə az təsadüf edilir, lakin onun orqanizmdə çox olması
zamanı daxili orqanların xəstəlikləri güclənə bilər.
QURULUŞ – insan meylinin müəyyən fəaliyyətinin, müəyyən
hərəkət qabiliyyətinin istifadəsinin vəziyyəti.
QURUMUŞ AĞAC – meşədə məhv olmuş, lakin hələ yerə
yıxılmamış, çətri və gövdəsi quru ağac. Senoekosistemin ölü kütləsinə
aid edilir.
Dostları ilə paylaş: |