QUŞLAR (Aves) – Onurğalı heyvan sinfi. Əksəriyyəti uçmağa
uyğunlaşmış ikiayaqlı, yumurta qoymaqla çoxalan, heyvanlardır. Q.-ın
təqribən 8,6 min, o cümlədən Azərbaycanda 350 növü məlumdur. Xarici
mühitin dəyişilməsi və çirklənməsi, eləcə də quşların nizamsız
ovlanması nəticəsində 16-cı əsrdən bəri 170 növün nəsli kəsilmiş, 300
növ isə son dərəcə azalmışdır. Quşların təbiətdə və x.t.-da böyük
əhəmiyyəti olduğu üçün hazırda nəsli azalan Q.-ın ovlanması qadağan
edilir və ya məhdudlaşdırılır: təbii şəraitdə Q.-ın ovlanması üzərində
nəzarət qoyulur. Q.-ı öyrənən zoologiya bölməsi ornitologiya adlanır.
Dostları ilə paylaş: |