QUŞLARIN KÖÇMƏSİ – quş populyasiyalarının və ya onun bir
hissəsinin geri qayıtmaq şərtilə hər il yuvaladığı ərazidən qışladığı
əraziyə köçməsi. Q.k. onların mövsüm dəyişkənliyinə uyğunlaşmasıdır,
köçərilik xüsusiyyəti nəsildən-nəslə keçmiş, həmin quşun irsiyyətində
möhkəmlənmişdir. Müasir quşlarda köçmə instinkti anadan gəlmədir.
Quşlar köçərkən sutkada 30-50 km-dən 200-300 km-ə qədər sürətlə
uçur, 1-2 gün uçduqdan sonra 5-10 sutka fasilə edirlər. Köçmə 1-2 ay
davam edir.
QUŞLARIN QORUNMASI – heyvanat aləminin mühafizəsinin
bölməsi olub, quşların populyasiya – növ tərkibinin və sayının müəyyən
səviyyədə saxlanmasına yönəldilən kompleks beynəlxalq, dövlət və re-
gional inzibati təsərrüfat və ictimai tədbirlər.
QUŞLARIN UÇOTU – vizual (gözəyarı), quşların səsinə görə və s.
üsulla quşların növ tərkibinin və sayının müəyyən edilməsi (mütləq və
ya nisbi).
QUTTA – gərməşov, evkomiya və bəzi tropik ağacların xüsusi və
qapalı yerliklərində və südlü şirəsində olan yapışqanlı hissə. Ondan qut-
taperça alınır.
Dostları ilə paylaş: |