LANDŞAFTIN DAVAMLIĞI – mühitin dəyişilən şəraitində
landşaftın öz strukturunu və funksiyasını saxlamaq qabiliyyəti.
LANDŞAFTIN DEQREDASİYASI – landşaftın təbii və
antropogen pisləşməsi, onun təsərrüfat və estetik potensialının aşağı
düşməsi.
LANDŞAFTIN DƏYİŞMƏSİ – xarici amillərin təsirilə və ya
özünün inkişafı nəticəsində landşaftın yeni xassə qazanması, yaxud
əvvəlki xassələrini itirməsi.
LANDŞAFTIN DİFERENSİASİYASI – vahid landşaftın bu və ya
digər dərəcədə ayrılmış xarakterik və spesifik hissələrə (komponent,
kompleks) ayrılması. L.d. müxtəlif təbii mühafizə tədbirləri əsasında
aparılır.
LANDŞAFTIN ELEMENTLƏRİ – 1) komponentlərin sadə
hissələri; onların kombinasiyasından real dünyanın müxtəlif obyektləri
toplanır (cəmlənir); 2) E. Neyefə (1963) görə L.e. komponentlərin
bölünməz sadə tərkib hissələridir; V. B.Soçavaya (1978) görə L.e.
geosistemin hər hansı komponentlərinin tərkib hissələri olub tam
(bütöv) mürəkkəbdir (torpağın mexaniki tərkibi, bitki örtüyünün ayrıca
yarusu, qar örtüyü, karst forması).
Dostları ilə paylaş: |