LANDŞAFTYARADAN AMİLLƏR – geoloji quruluş, relyef, tor-
paq növü (tipi), iqlim, bitki örtüyü, heyvanat aləmi və landşaftın digər
komponentləri müəyyən landşaft kompleksinin formalaşmasında iştirak
edir.
LARVİSİD (lat. larva - sürfə) – zərərli həşəratların tırtıl və sür-
fələrini məhv etmək üçün işlədilən pestisid.
LATERİT TORPAQLAR (lat. later - kərpic) – ekvatorial və
rütubətli tropik meşə torpaqları; tərkibində alüminium, dəmir və az miq-
darda silisium 4-oksid olur. Turş reaksiyalıdır; aşağı kation və yüksək
anion udma qabiliyyəti var.
LAVA (ital. lava – doldurur) – vulkan püskürməsi zamanı yer
səthinə axıb tökülən və ya təzyiqlə sıxışdırılan, əsasən, silikat ərintidən
ibarət qızğın maye və ya çox qatı kütlə. L. soyuyarkən tərkibinə uyğun
müxtəlif effuziv süxurlar əmələ gətirir. Güclü püskürmələr zamanı L.
bütün səthi dolduraraq L. örtükləri əmələ gətirir. Bu halda adətən dağ
düzənlikləri – lava platoları yaranır.
LAY SULARI – iki su keçirməyən süxur qatı arasındakı layda olan
və ya cərəyan edən sular; adətən, təzyiqli olur.
Dostları ilə paylaş: |