QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə599/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   595   596   597   598   599   600   601   602   ...   1096
LANDŞAFTYARADAN AMİLLƏR – geoloji quruluş, relyef, tor-

paq növü (tipi), iqlim, bitki örtüyü, heyvanat aləmi və landşaftın digər 

komponentləri müəyyən landşaft kompleksinin formalaşmasında iştirak 

edir. 


LARVİSİD  (lat. larva - sürfə)  – zərərli həşəratların tırtıl və sür-

fələrini məhv etmək üçün işlədilən pestisid. 



LATERİT TORPAQLAR (lat. later - kərpic)  – ekvatorial və 

rütubətli tropik meşə torpaqları; tərkibində alüminium, dəmir və az miq-

darda silisium 4-oksid olur. Turş reaksiyalıdır; aşağı kation və yüksək 

anion udma qabiliyyəti var. 



LAVA  (ital. lava – doldurur) – vulkan püskürməsi zamanı yer 

səthinə axıb tökülən və ya təzyiqlə sıxışdırılan, əsasən, silikat ərintidən 

ibarət qızğın maye və ya çox qatı kütlə. L. soyuyarkən tərkibinə uyğun 

müxtəlif effuziv süxurlar əmələ  gətirir. Güclü püskürmələr zamanı L. 

bütün səthi dolduraraq L. örtükləri  əmələ  gətirir. Bu halda adətən dağ 

düzənlikləri – lava platoları yaranır. 



LAY SULARI – iki su keçirməyən süxur qatı arasındakı layda olan 

və ya cərəyan edən sular; adətən, təzyiqli olur. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   595   596   597   598   599   600   601   602   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin