QəRİb məMMƏdov mahmud xəLİlov


LEGENDA, kartoqrafiya və topoqrafiyada



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə600/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   596   597   598   599   600   601   602   603   ...   1096
LEGENDA, kartoqrafiya və topoqrafiyada – xəritənin 

məzmununu açan şərti işarələrin və onlara aid izahatların toplusu. L. 

xəritə  çərçivəsinin kənarında, yaxud çərçivə daxilindəki boş sahədə 

yerləşdirilir. 



LEMNOBİOS  – təmiz sularda yaşayan orqanizmlərin məcmusu 

(göl, çay, qaynaq, yeraltı su, mağara və s. yerlərdə). 



LEPTOBİOZ, KLEPTOBİOZ, LESTOBİOZ (yun. leptos - asan) 

– hər hansı bir növün (adətən kiçik) yem tapdığı digər növün yuvasında 

məskən salması. 

LETAL (öldürücü) TEMPERATUR – canlı orqanizm üçün 

öldürücü temperatur. 




 

281 


 

LETAL FAKTOR (lat. letalis - ölümcül) – təsir qüvvəsi orqanizmi 

məhvə (ölümə) aparan faktor (məs. insektisid). 



LEYLƏKLƏR (Ciconiidae) – caydaqlar dəstəsindən quş fəsiləsi. 17 

növü əhatə edən 2 cinsi var. Azərbaycanda Ciconia cinsindən 2 növü – 

ağ L. (C/ ciconia) və qara L. (C.nigra) var. Qurbağa, kərtənkələ, siçan, 

həşərat və s. ilə qidalanır. Köçəri quşlardır. 



LEYSAN  – qısamüddətli atmosfer yağıntısı. Adətən yağış halında 

düşür. İntensivliyi adətən 1-3 mm/dəq və daha çox olması ilə fərqlənir. 

Dünyada  ən güclü L. Havay adalarında (21 mm/dəq, 1913) 

Azərbaycanda isə Zaqatala rayonunda (10,7 mm/dəq, 1959) müşahidə 

edilmişdir. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   596   597   598   599   600   601   602   603   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin