LANDŞAFTIN REKULTİVASİYASI – pozulmuş landşaftların
təsərrüfat, tibbi-bioloji və estetik qiymətinin bərpasına yönəldilən kom-
pleks tədbirlər. L.r.-da iki mərhələ ayrılır: texniki (texniki rekultivasiya)
– sonrakı məqsədli istifadəsi üçün torpağın hazırlanması və bioloji r.
(bioloji rekultivasiya) – texniki rekultivasiyadan sonra torpağın münbit-
liyinin bərpası: kompleks aqrotexniki və fitomeliorasiya tədbirlərini
həyata keçirməklə biotanın yenidən inkişafına nail olmaq.
LANDŞAFTIN SİNANTROPLAŞDIRILMASI
(antropogenləşdirilməsi) – insan fəaliyyəti nəticəsində landşaftın
dəyişilməsi prosesi: alaq növlərinin, mədəni bitkilərin sayının artması.
LANDŞAFTIN SUKSESSİYASI
– landşaftın dəyişilmiş
vəziyyətinin ilkin və ya ona dinamik vəziyyəti istiqamətində dəyişilməsi
prosesi.
LANDŞAFTIN TARAZLIĞI – xarici (anropogen faktor daxil ol-
maqla) faktorların təsirilə və ya özünütəşkiletmə və özününizamlama
prosesləri nəticəsində təbii landşaftlarda formalaşan nisbətən davamlı
(taraz) vəziyyət. Antropogen landşaftlarda tarazlıq əsasən antropogen
faktorlarla, həmçinin özünütəmizləmə və idarəetmə prosesləri
nəticəsində qurulur. Landşaft nisbətən plastik, dinamik və inkişaf edən
sistem olduğundan bir deyil, bir sıra tarazlıq vəziyyətində olur. L.t-nı
saxlamaq təbii resursların səmərəli istifadəsi və insanı əhatə edən mühi-
tin qorunması üçün əsas şərtlərdən biridir.
Dostları ilə paylaş: |