280
Bu anlayışdan yalnız kiçik ekosistemlər üçün istifadə olunur.
LANDŞAFTIN YAXŞILAŞDIRILMASI
– əlverişli mühit yarat-
maq, təsərrüfat, tibb-gigiyena və ya rekreasiya xassələri formalaşdırmaq
məqsədilə landşaftın vəziyyətini dəyişdirməyə yönəldilən tədbirlər sis-
temi. «Yaxşılaşdırma”» ifadəsi həm də özündə rekultivasiya, meliora-
siya, sağlamlaşdırma və s. kimi kompleks tədbirləri cəmləşdirir.
LANDŞAFTŞÜNASLIQ – fiziki coğrafiyanın sahəsi. L. hazırki
təbii və mədəni landşaftların mənşəyini, strukturunu, onlardakı qarşılıqlı
əlaqələri, fiziki-coğrafi prosesləri, dinamikasını, onların əmələ gəlmə
qanunlarını, yerləşməsini, insan fəaliyyətinin təsirilə dəyişməsini və
təsərrüfat cəhətdən istifadə edilməsi imkanlarını tədqiq edir.
Dostları ilə paylaş: