LİTOFİTLƏR, PETROFİTLƏR – rizoidlər və köklərinin ayırdığı
kimyəvi maddələrlə bərk süxurları dağıtmaq qabiliyyətinə malik olan
bitkilər. Məs. bəzi göy-yaşıl yosunlar, şibyələr, həmçinin ali bitkilər.
LİTOLOGİYA
– çökmə süxurların tərkibi, quruluşu, teksturu və
mənşəyi haqqında elm.
LİTOMONİTORİNQ
– Yer qabığının qorunması və öyrənilməsi
üçün kompleks tədbirlər.
LİTORAL ÇÖKÜNTÜLƏR – litoral zona çöküntüləri: quru və
dənizin fəal qarşılıqlı təsiri sahəsində toplanır. Bununla əlaqədar L.ç.
kontinental və dəniz mənşəli materialların çox olması, tərkibinin qeyri
sabitliyi, müxtəlifliyi və s. ilə xarakterizə olunur. Tərkibi, əsasən valun,
çınqıl, çaqıl, qum, lil və həmçinin üzvi qalıqlardan ibarət olur.
LİTORAL FAUNA – litoral zonada yaşayan heyvanlar, Litoralda
yaşayan heyvanlar suyun çəkilməsi zamanı daşların və qayaların altında,
yosunların arasında gizlənib qabarma nəticəsində dəniz səviyyəsindəki
dəyişiklikdən asılı olaraq yerlərini dəyişirlər. L.f.-ya bir çox
onurğasızlar və balıqlar aiddir. Tropiklərin L.f.-sı daha zəngindir. Ekva-
tordan Qütbə doğru onların növ tərkibi azalır. L.f.-nın vətəgə əhəmiyyəti
var.
LİTORAL FLORA – litoral zonanın bitki örtüyü. Dənizlərdə L.f.
əsasən qrunta yapışmış yaşıl, qonur, qırmızı və göy-yaşıl yosunlardan
ibarətdir. Daşlı qruntların L.f-sı yumşaq qrunta nisbətən zəngindir. L.f.
mülayim qurşaqda daha çox, şimal en dairəsində isə zəif inkişaf edir.
Dostları ilə paylaş: |