QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə604/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   600   601   602   603   604   605   606   607   ...   1096
LİMİTLƏNMİŞ MÜHİT  orqanizm üçün əlverişsiz mühit, onun 

üçün limitlənmiş faktorlar mövcud deyil. 



LİMNOBİONT (yun. limno - göl) – göllərdə yaşayan orqanizmlər. 

LİMNOFİL – durğun suyu sevən orqanizmlər. 

LİMNOLOGİYA, GÖLŞÜNASLIQ  – quru hidrologiyasının bir 

şöbəsi, gölləri, su anbarlarını və bataqlıqları öyrənən elm. L.-nın başlıca 

vəzifəsi gölün çökəyinin quruluşu, sahillərini, dib çöküntülərini, suyun 

fiziki və kimyəvi xassələrini, hidroloji rejimini (su balansını, suyun 

hərəkətini, səviyyəsinin dəyişməsini və s.) fauna və florasını 

öyrənməkdir. 



LİMNOPLANKTON  – daxili kontinent su hövzələrində yaşayan 

plankton orqanizmlərin məcmusu. 



LİMNOPSAMMON  – təmiz sulu göl və su hövzələrinin sahilləri 

boyu nəmli qumun üst qatında yaşayan orqanizmlərin məcmusu. L.-ın 

nümayəndələrindən sapvari və diatom yosunları, bəzi həşəratların 

sürfələrini, malyuskları və s. göstərmək olar. 



LİPİDLƏR  – üzvi maddələrdə  həll olub, suda həll olunmayan 

maddələr qrupu (efir, benzin, benzol, xloroform və s.). Bu qrupa yağlar 

və yağaoxşar maddələr (lipoidlər) də daxildir. 

LİSENZİYA – dövlətin təbii sərvətdən istifadə etmək üçün verdiyi 

icazə (adətən, pullu icazə verilir). 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   600   601   602   603   604   605   606   607   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin