LƏLƏKYEYƏNLƏR (Mallophaga) – pteriqotlar qrupundan
qanadları ikinci dəfə reduksiyaya uğramış həşərat dəstəsi. Quşlarda,
bəzən də məməlilərdə parazitlik edir (tükyeyənlər). 2600-dən çox növü
məlumdur. Azərbaycanda 150-dəq artıq növü yayılmışdır. Quşçuluğa
zərər vuran toyuq lələkyeyəni əsl L.-dəndir. Mübarizə tədbirləri:
insektisidlər tətbiq etmək, heyvan saxlanan binaları təmizləmək və de-
zinfeksiya.
LİANLAR (fr. Liane, lier – bağlanmaq, sarınmaq) – gövdəsini
müstəqil olaraq dik saxlaya bilməyən bitkilər; dayaq üçün başqa
bitkilərdən, qaya və tikililərdən istifadə edirlər. L. sarmaşan və
dırmanan ağac, kol və otlardır. Bu xüsusiyyət onlarda təkamül gedişində
işıq uğurunda mübarizəyə uyğunlaşma nəticəsində əmələ gəlmişdir.
Azərbaycanda Böyük Qafqazda və Talış meşələrində daşsarmaşığı,
ağəsmə, güyəmə, böyürtkan, maya sarmaşığı, şərq üzümü bitir. Bəzi
növləri dekorativdir. L.-dan bəzi paxlalılar (məs. noxud, paxla) və üzüm
becərilir.
LİBİX SİSTEMİ –orqanizmlərin normal həyat fəaliyyətini
limitləndirən ətraf mühit faktorlarının məcmusu. Alman kimyaçısı
Y.F.Libixin (1840) adı ilə ifadə olunur.
LİFLİ BİTKİLƏR – lif almaq üçün becərilən bitkilər. 2000-dək bi-
rillik və çoxillik bitki növündə lif var. Dünyada ən çox pambıq, cut,
kənaf, kətan, Azərbaycanda pambıq, kətan, kənaf becərilir.
Dostları ilə paylaş: |