LANDŞAFTIN ESTETİKASI – ərazinin insan üçün gözəlliyi və
cazibədarlığı. İnsanların psixi sağlamlığını qorumaq və normal istirahət
üçün vacib olan təbii resurslardan biri (boş yerlər, qurumuş meşə
sahələri, nizamsız qazılan kanallar, zibillənmiş sahələr qeyri estetik
hesab olunur).
LANDŞAFTIN GENEZİSİ – landşaftın əmələ gəlməsinə səbəb
olan proseslərin məcmusu və onun müasir dinamiki vəziyyəti.
Cəmiyyətin landşafta təsir göstərməsinə qədər onun əmələ gəlməsi
əsasən iqlim şəraiti, həmçinin tektonik və bioloji faktorlarla təyin
edilirdi. Bu özünü landşaft tiplərinin adında əks etdirir: zonal – qurşaq
landşaft tipləri (tundra, ekvator və s.) biogen, orogen (düzən, dağ, dərə
və s.) landşaft. İnsanın peyda olması ilə landşaftəmələgətirən və
landşaftı dəyişdirən mühüm faktordan biri insan cəmiyyətinin fəaliyyəti
oldu. Bu özünü landşaftların adında əks etdirir: antropogen landşaft,
əkinçilik landşaftı və s.
Landşaftın əmələ gəlməsi və müasir vəziyyətinin formalaşması
paleocoğrafi, arxeoloji və tarixi metodlarla, landşaftın vəziyyətini,
strukturunu və prosesləri təhlil etmək yolu ilə müəyyən edilir.
Dostları ilə paylaş: |