QəRİb məMMƏdov mahmud xəLİlov


LANDŞAFTIN BƏDİİLİYİ (gözəlliyi)



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə590/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   586   587   588   589   590   591   592   593   ...   1096
LANDŞAFTIN BƏDİİLİYİ (gözəlliyi)  – landşaftın estetik 

keyfiyyətinin subyektiv qiymətləndirilməsi. 



LANDŞAFTIN BƏRPASI  – təsərrüfat fəaliyyəti nəticəsində 

pozulmuş təbii landşaftın qismən və ya tam bərpa edilməsi. 



LANDŞAFTIN ÇİRKLƏNMƏSİ  – Bu termin bir neçə  mənada 

işlənir: 1) bu və ya digər maddənin və ya enerjinin təbii haldan yüksək 

olması; bu, həm də  təbii faktorlar (vulkan fəaliyyəti, torpaq 

hissəciklərinin və ya duzların gətirilməsi), həm də antropogen 

faktorların təsiri nəticəsində baş verə bilər; 2) landşafta təbii proseslərin 

gedişi nəticəsində formalaşmayan yad maddələrin verilməsi. L.ç.-nin 

əsas mənbəyi texnogen təzyiq sayılır. 

Çirklənmə landşaftın xarakterinin və onun komponentlərinin 

xassələrinin dəyişməsinə səbəb olur, bu isə geomorfoloji (tozun, qumun 

və s.-nin toplanması) və termik anomaliyanın formalaşması ilə 

nəticələnir. 

Landşaftın komponentlərinin qarşılıqlı  təsiri onlardan birinin 

çirklənməsi (məs. havanın), digər komponentlərin (bitki örtüyü, torpaq 

və s.) çirklənməsinə səbəb olaraq bütün landşaftı əhatə edir. Bu zaman 

orqanizmlər, torpaq və su hövzələrindəki lil çox vaxt çirkləndirici 

maddələr toplayır. 

Landşaftın çirklənməsini azaltmaq və ya onun qarşısını almaq – 



 

277 


 

landşaftın qorunmasının əsas hissəsindən biri hesab olunur. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   586   587   588   589   590   591   592   593   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin