QORUNAN TƏBİİ ƏRAZİLƏR SİSTEMİ – funksiyasından və
hansı təşkilata aidiyyətindən asılı olmayaraq xüsusi qorunan təbii
ərazilərin şəbəkəsi.
QOZ FƏSİLƏSİ – (Yuglandaceae). Bu fəsiləyə 8 cins daxildir.
Azərbaycanda yabanı halda 2 cinsi (adi qoz və yalanqoz) və bir cins-
pekan becərilir.
Adi qoz (cəviz, cöyüz) Y.regia – Azərbaycanın bütün meşələrində
sırf və qarışıq halda, əsasən dərələr boyunca rast gəlinir.
Respublikamızın bütün dağ və aran rayonlarında becərilir.
Yalanqoz – Pterocarya – 11 növündən respublikamızda biri –
qanadmeyvə yalanqoz (P.pterocarpa) yabanı halda Böyük və Kiçik
Qafqazda orta dağ qurşağına qədər olan ərazidə, Lənkəran, Samur-
Dəvəçi düzənliyində, Qanıx-Əyriçay vadisində bitir və rütubətli yalan-
268
qoz meşələri əmələ gətirir.
Dostları ilə paylaş: |