QORUNAN OBYEKTLƏRİN PASPORTLAŞDIRILMASI –
təbiət obyektlərinin müəyyən sxem üzrə növlərə görə təsviri və
qeydiyyatı. Q.o.p. dövlət orqanları (respublikanın Ekologiya və Təbii
Sərvətlər Nazirliyi, Meşə təsərrüfatı istehsalat birlikləri və s.) tərəfindən
yerinə yetirilir. Q.o.p. təbii abidələrin kadastrlarını tərtib etmək və onları
mühafizə etmək üçün əsas sayılır. Azərbaycanda çoxyaşlı ağaclar,
qiymətli meşə sahələri, geoloji abidələr, müxtəlif landşaft abidələri qo-
runan obyektlər kimi pasportlaşdırılmışdır və bu iş davam etdirilir.
Dostları ilə paylaş: |