QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə573/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   569   570   571   572   573   574   575   576   ...   1096
QLYASİOLOGİYA  (lat. glacies - buz)  – buzlaqların  əmələ 

gəlməsi, fiziki xassələri, inkişafı, fəaliyyəti və Yer səthinə  təsiri 

haqqında elm. 

QOBU – müvəqqəti və ya az miqdarda daimi suların yerin səthində 

əmələ  gətirdiyi mənfi relyef forması (dərə.). Dibi az meylli-batıq, 

yamacları qabarıq olur. Q-nun uzunluğu bir neçə km, dərinliyi isə 10-15 

m və daha artıq ola bilər. Yamacları və dibi çimli, bəzən kol və meşə ilə 

örtülü olur. Azərbaycanda dağətəyi rayonlarda çoxlu miqdarda Q. 

vardır. 


QORUQ FONDU – 1) Təbii (xüsusi) qorunan ərazilərdəki bütün 

sahələrin cəmi; 2) Ölkə və ya regiondakı qoruqların cəmi. 



QORUQLAR – elm, mədəniyyət və  təsərrüfat üçün müstəsna 

əhəmiyyəti olan, dövlət tərəfindən mühafizə edilən ərazilər (akvatoriya-

lar). Q. təbiətin  ən yaxşı mühafizə formalarından biridir. Burada 

müxtəlif təbii zonaların xarakterik landşaftları, kökü kəsilməkdə olan, 

yaxud nadir hallarda rast gələn bitki və heyvan növləri, eləcə də aradan 

çıxmaq təhlükəsinə  məruz qalan təbii komplekslər və onların 

komponentləri, mağaralar, şəlalələr, buzlaqlar və s. qorunur. Q.-da geo-

loji kəşfiyyat işləri,  şumlama, mal-qara otarması, turizm, ov etmək

balıq tutmaq, ağac kəsmək, bitkiləri məhv etmək, ümumiyyətlə  təbii 

sərvətlərdən istifadə etmək və onların təbii halını pozmaq qadağan edi-

lir. Q. təbii canlı laboratoriya sayılır. Burada müxtəlif obyektlərdə uzun 

illər boyu tədqiqatlar aparılır, təbiətin etalon və kontrol sahələrində 




 

267 


 

mürəkkəb ekoloji sistemlərin inkişafı qanunauyğunluqları öyrənilir. 

Tədqiqat zamanı  əldə edilən materiallar təsərrüfatda istifadə edilən 

sahələrlə müqayisə edilir. Belə  nəticələr təbii mühitin pozulma 

dərəcəsini aşkara çıxarmağa və onun qarşısını almaq üçün tədbirlər sis-

temini hazırlamağa imkan yaradır. Ekoloji sistemin daha çox 

rəngarəngliyini öyrənmək, genetik fondun növlərini saxlamaq məqsədilə 

Q. müxtəlif landşaft zonalarında yaradılır. Qoruq əraziləri  ətrafında 

mühafizə zonaları yaradılır. Bu zonalar insanın təsərrüfat fəaliyyətinin 

qoruğa daxil olmasının qarşısını alır. Lakin respublikamızın  əksəriyyət 

qoruqlarında belə mühafizə zonaları yoxdur. 

Azərbaycan Respublikasında Bəsitçay qoruğu, Qızılağac qoruğu, 

Qarayazı qoruğu, Qaragöl qoruğu, Qobustan qoruğu, Zaqatala qoruğu, 

İlisu qoruğu,  İsmayıllı qoruğu, Göygöl qoruğu, Pirqulu qoruğu, 

Türyançay qoruğu, Hirkan qoruğu qoruğu var. 

QORUNAN NÖV – müvafiq hüququ aktlara əsasən (mənəvi norma-

lar və dini kanonlar) vasitəsilə  və bilavasitə ziyan vurulması qadağan 

olunan növlər. (mövcud olduğu yerin pozulması, kolleksiya, herbari top-

lamaq və s.). 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   569   570   571   572   573   574   575   576   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin