KURORT MEŞƏLƏRİ – Kurort və sanatoriyaların yaxınlığında
olan gözəl tərtibli meşələr. K.m. günəş radiasiyasını dəyişərək ərazinin
mikroiqlim şəraitini yaxşılaşdırır, küləyin sürətini zəiflədərək istirahət
zonasında havanın rütubətini nizama salır. K.m. özündə sərinlik saxla-
maqla yanaşı, havanı xəstəlik törədən mikroblardan təmizləyərək böyük
sanitar-gigiyena əhəmiyyəti daşıyır. Yalama-Nabran kurort zonasında
mövcud düzən meşələri kurort quruculuğu işində böyük rola malikdir.
Burada 15,2 min hektar K.m. sahəsi ayrılmışdır. K.m-n rekreasiya
davamlılığını artırmaq məqsədi ilə meşə sahələrində abadlıq işləri
görülür: piyada marşrut yolları, mənzərəli yerlərə gedən yaxın və uzaq
məsafəli gəzinti cığırları düzəldilir, qısamüddətli istirahət üçün çardax-
lar, skamyalar, idman və oyun meydançaları təşkil edilir. Naftalan,
İstisu, Şuşa, Hacıkənd, Şəki, Lənkəran, Masallı, Astara Qalaaltı, Sirab,
Darıdağ, Qax kurortlarının ətrafında da K.m.-nin təşkili nəzərdə
tutulmuşdur.
KURORTOLOGİYA – tibbin bir bölməsi: təbii amillərin müalicəvi
xüsusiyyətlərini, mexanizmini, orqanizmə təsirini öyrənir, onları sosial-
gigiyena şəraitində müalicə- profilaktika məqsədi ilə sanatoriya-kurort
sistemli müəssisələrdə tətbiq edir. K.-ya balneologiya, balneoterapiya,
balneotexnika, palçıq müalicəsi, iqlim müalicəsi, kurortların
planlaşdırılması və tikilməsini təşkil edən məsələlər aiddir.
Dostları ilə paylaş: |