KONSENTRASİYA (qatılıq) – ətraf mühitin obyektlərinin,
biomaterialların və s. vahid kütləsində və ya həcmində olan kimyəvi
birləşmələrin nisbi miqdarı, ən çox işlədilən formaları bunlardır: 1)
Kütləcə (çəkicə) konsentrasiya-komponentin kütləsinin bütün sistemin
kütləsinə olan nisbəti: bu nisbəti 100-ə vurduqda alınan ədəd həmin
sistemdə komponentin kütləcə konsentrasiyasını (çəkicə faizini)
göstərir. 2) Atom konsentrasiyası-komponentin qram-atomları (qram-
molekulları) sayının sistemin bütün qram-atomları (qram molekulları)
sayına nisbətidir. Bu nisbəti 100-ə vurduqda alınan ədəd komponentin
atom (qram-molekul, mol) faizləri ilə konsentrasiyasıdır. 3) Həcmcə
konsentrasiya-komponentin həcminin həmin sistemin ümumi həcminə
nisbətidir: onu 100-ə vurduqda alınan ədəd həcmcə faizlə göstərilən
konsentrasiyasıdır.
KONSENTRATOR – bədənində kimyəvi elementlər və birləşmələr
toplayan orqanizm.
KONSERVANTLAR – mikroorqanizmləri məhv edən kimyəvi
maddələr. Bunun üçün yeyinti səeayesində və məişətdə kükürd
oksidindən So
2
və onun sulu məhlulundan (sulfat turşusu), uksus və
benzol turşusundan, xörək duzundan, şəkərdən istifadə olunur. Tibbdə
bu məqsədlə etil spirtindən istifadə olunur.
Dostları ilə paylaş: |