KOLONİAL ORQANİZMLƏR – su heyvanları. Qeyri cinsi çox-
alma zamanı əmələ gələn yeni fərd ana fərddən ayrılmayaraq koloniya
əmələ gətirir. Kolonial bitkilərə müxtəlif birhüceyrəli yaşıl, göy-yaşıl,
qızılı, sarı-yaşıl, diatom priofit yosunlar və evqlena yosunları daxildir.
Onlar zoospor və avtosporla çoxalır. Kolonial heyvanlara bəzi
qamçılılar, şüalılar, infuzorlar, süngərlər və bağırsaqboşluqlar aiddir.
İbtidai xordalılardan sinassidilər, slaplar, və nəsli kəsilmiş qraptolitlər
K.o.-dir.
KOLONİYA (lat. colonia - köçmə) – orqanizmlərin (növ və
fərdlərin) reproduksiya prosesini normal keçirməsi, qarşılıqlı qorunması
və köməkçi qidalanmasını təmin edən qruplaşma.
KOMBİNASİYA DƏYİŞKƏNLİYİ – calaqetmədə yaranan hibrid
dəyişkənliyi, orqanizmin seleksiyası zamanı yeni formaların
alınmasında əsəs mənbə vəzifəsini görür.
KOMMENSALİZM – müxtəlif növ heyvanların birgə (kommensal)
yaşaması. Kommensal həyat keçirən heyvanların biri daimi və ya
müvəqqəti olaraq o birinin hesabına yaşayır, lakin ona heç bir ziyan
vurmur. K. zamanı orqanizmin biri digərindən öz müdafiəsində, hərəkət
etməsində və onun hesabına qidalanmasında istifadə edir. Məs. dəniz
hidroidləri balıqların dərisi üzərində yaşayır və onların ekskrementi ilə
qidalanır. K. nəticəsində parazitizm və simbioz yaşama əmələ gələ bilər.
Dostları ilə paylaş: |