235
hemeostazlı stabil (sabit) vəziyyətə çatmış ekosistem.
KLİMAKS QRUPLAŞMALAR – suksessiyanın klimaks fazasında
təbii davamlı qruplaşmalar.
KLİMATOQRAFİYA –
iqlimşünaslığın bölməsi, yer kürəsi üzrə
çoxillik meteoroloji müşahidələrin statistik işlənməsi əsasında iqlim
tiplərinin və onların yayılmasının (paylanmasının) öyrənilməsi ilə
məşğul olur.
KLİMATOP (Sukaçov, 1964) – biosenozun, biogeosenozun və ya
senoekosistemin biosenotik mühitinin hava hissələri; ətraf atmosferdən
özünün qaz tərkibi, xüsusilə CO
2
, (torpaqüstü biohorizontda), O
2
(yenə
orada fotosintezin biohorizontlarında), biolinlərlə doymuş hava rejimi,
azaldılmış və dəyişilmiş günəş radiasiyası, işıqlanma dərəcəsi, bitkilərin
və bəzi heyvanların lüminessensiyasının olması, xüsusi hava rejimi və
havanın rütubətlik rejimi ilə seçilir.
KLİMATRON – süni şəraitdə müxtəlif iqlim yaratmaq üçün cihaz-
larla təchiz olunmuş laboratoriya.
Dostları ilə paylaş: