KƏPƏNƏKLƏR, PULCUQLUQANADLILAR (Lepidoptera,
yun. lepis – pulcuq + pteron - qanad) – həşəratlar sinfindən bir dəstə.
Dünyada 140 min, Azərbaycanda 2500 növü var. K.-in çoxu gecə həyatı
keçirir; yalnız sancaqbığcıqlılar gündüz fəaliyyətdə olur. K. çiçəklərin
nektarı, çürümüş meyvə şirəsi ilə qidalanır. K.-in çiçəkli bitkilərin
tozlanmasında rolu böyükdür.
KİMYƏVİ AMİL – ətraf mühitin kimyəvi tərkibi ilə bağlı olan amil
(o cümlədən kimyəvi çirklənmə).
KİMYƏVİ BİTKİ MÜHAFİZƏ VASİTƏLƏRİ – bitki
zərərvericiləri və xəstəlik törədicilərilə mübarizə üçün işlədilən kimyəvi
maddələr. İşlədilmə texnologiyasına riayət etmədikdə mühitin
çirklənməsi mənbəyi ola bilər.
KİMYƏVİ BİOFİL ELEMENT – orqanizmin yaşamasını saxla-
maq üçün zəruri olan element (karbon, azot, kükürd, kalsium, kalium və
mikroelementlər).
Dostları ilə paylaş: |