KİMYƏVİ MADDƏLƏR (ximikatlar) – hazırda 10 milyon K.m.
məlumdur, onlardan 100 mini sənayedə istifadə olunur. Müasir
sivilizasiyanı K.m.-siz təsəvvür etmək olmaz (dərmanlar, boyalar, sinte-
tik polimerlər, ərintilər və b). Bununla yanaşı K.m. insanların
sağlamlığını daim risk qarşısında qoyur, belə ki, onlar qaz, toz, suspen-
ziya, emulsiya və maye formasında ətraf mühitə daxil olur. Davamlı və
orqanizmdə toplanan və kanserogen və mutagen yaradan K.m. xüsusilə
təhlükəli sayılır.
KİMYƏVİ MELİORASİYA – torpağın xassələrini yaxşılaşdırmaq
və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək üçün torpağa
kimyəvi təsir göstərmək üsulları sistemi. K.m. üsulları: torpaqda yüksək
turşuluğa qarşı əhəngli gübrələrdən istifadə edilməsi. (əsasən çimli-
podzol torpaqlar üçün; torpağın gipslənməsi (şorakətli torpaqlar üçün) –
qələviliyi azaltmaq üçün torpağa gips verilir; torpağın turşulaşdırılması
(neytral və qələvi reaksiyalı torpaqlar üçün), bu məqsədlə torpağa na-
trium 2-sulfat verilir. (bəzi bitkilər üçün, məs. çay bitkisi); K.m.-ya
həmçinin melorasiya olunan torpağı tam yaxşılaşdırmaq üçün yüksək
dozada mineral və üzvi gübrələrin verilməsi də aid edilir. K.m. adətən
hidrotexniki melorasiya ilə birlikdə aparılır. (məs. şorakət torpaqların
yuyulması).
Dostları ilə paylaş: |