KARBON QAZININ MÜVAZİNƏTLİYİ – suda-həll olan karbon
qazının (CO
2
) miqdarı hidrokarbonat ionlarının və kalsium ionlarının
konsentrasiyasının müvazinətliyinə uyğun gəlir. K.q.m. pozulduqda su
biotasının pozulması baş verə bilər.
KARBONATLAR – karbonat turşusunun (H
2
CO
3
) təbii duzları,
mineral sinifləri (təxm. 80). Çökmə (əhəngdaşı, dolomit və s.) və meta-
morfik (mərmər) süxurlarından ibarətdir. Bütün K. turşularda həll olaraq
CO
2
ayırır.
KARBONLAŞMA – üzvi qalıqların (heyvan və bitki toxumalarının)
dəyişilmə prosesi; onların qaralması, hidrogen və oksigenin miqdarının
azalması, karbonun miqdarının isə çoxalması ilə nəticələnir.
Dostları ilə paylaş: |