QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə492/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   488   489   490   491   492   493   494   495   ...   1096
KAKTUSKİMİLƏR, KAKTUSLAR –  (Cactaceae) – ikiləpəlilər 

sinfindən çoxillik bitki fəsiləsi. Ağacvarı, kolvarı, lianvarıdır, bəzi 

növləri isə alçaqboylu ağaclardır. Qalınlaşmış, kürə, yaxud yumurtavarı 

silindrşəkilli, bəzən də parçalanmış ətli-şirəli, yarpaqsız gövdəsi fotosin-

tez, transpirasiya və su toplamağa uyğunlaşmış tikan, tükcük və ya 

qılçıqla örtülüdür. Əsasən, Amerikada yayılmış 85 cinsi, 2000-dən artıq 

növü (yarısı Meksikadadır), Afrika, Madaqaskar adaları  və  Şrilankada, 

Krımın cənub sahillərində var. Azərbaycanda bir çox növü dekorativ 

bitki kimi ev və oranjeriyalarda becərilir. Toxum, çilik və calaqla 

çoxaldılır. 



KALLOİDLƏR  – mayedə asılı  və  səpilən vəziyyətdə ölçüsü 1 

mkm-dək olan hissəciklər. 



KALORİ  – istiliyin sistemdən kənar vahidi; Adətən 1 q suyu 1

°C 


qızdırmaq üçün sərf olunan istilik miqdarı K. götürülür. Beynəlxalq kkal 

kimi beynəlxalq kvt. saatın 

861

1    -i götürülür. Beynəlxalq vahidlər 



sistemində istilik  vahidi couldur. 1 kal = 4,1868 C, 20 dərəcəli K = 

4,181 C.K. müxtəlif vaxtlarda başqa temperatur intervallarında da təyin 

olunmuşdur. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   488   489   490   491   492   493   494   495   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin