İSTİLİK KEÇİRMƏ – maddənin çox istilik olan hissəsindən az is-
tilik olan hissəsinə istiliyin keçmə sürəti. Maddənin 1 sm
2
-dan keçən
havanın istilik tutumu 0,00005, torfunki 0,00027, gillicəninki 0,00033,
qumunki 0,00047 və suyunki 0,00140 kal/s-ə bərabərdir. (Coul/s ilə
uyğun olaraq 0,00021, 0,00113, 0,00149, 0,00197 və 0,00586 təşkil
edir).
İSTİLİK REJİMİ – orqanizmlərin həyat fəaliyyəti üçün temperatur
faktorunun dinamikasının miqdar göstəriciləri birinci dərəcəli əhəmiyyət
kəsb edir. İ.r. dəniz səviyyəsindən yüksəklik və ilin fəsli ilə təyin olu-
nur. İşıq rejimi ilə də sıx bağlıdır. İ.r. mikroiqlimi təyin edən bitki
örtüyünün yerləşdiyi sahəyə, bütün canlı orqanizmlərin həyat
fəaliyyətinə böyük təsir göstərir.
İSTİLİK TUTUMU – cismi 1 dərəcə qızdırmaq üçün lazım olan is-
tilik miqdarı. Maddənin vahid kütləsinin (1q, 1 kq) İ.T. xüsusi İ.t. molu-
nunku isə molyar İ.t. adlanır. İ.t. cismin qızdırılma üsulundan asılıdır.
Adətən, sabit həcmdə xüsusi İ.t. (S
V
) və sabit təzyiqdə xüsusi İ.t. (S
r
)
anlayışlarından istifadə edilir (maddə uyğun olaraq sabit həcmdə və ya
sabit təzyiqdə qızdırılır). Sabit təzyiqdə qızdırılma zamanı verilən isti-
liyin bir hissəsi (sabit həcmdə qızdırıldıqda hamısı) cismin daxili enerji-
sini artırmağa, digər hissəsi isə onun həcmini genişləndirmək üçün
görülən işə sərf olunur.
Dostları ilə paylaş: |