İSTİ ŞİTİLLİK BİTKİLƏRİ – isti şitilliklərdə becərilən tərəvəz,
meyvə, giləmeyvə, dekorativ və s. bitkilər. Bitkiləri açıq qruntda
becərmək mümkün olmadığı dövrdə onlar isti şitillikdə becərilir və
məhsul alınır. Tərəvəz bitkilərindən: xiyar, pamidor, istiot, kələm,
şüyüd, turp, soğan, və s. dekorativ bitkilərdən: qərənfil, payızgülü,
dağnovruzu, meyvələrdən: limon, şaftalı; giləmeyvələrdən: çiyələk,
həmçinin üzüm, göbələk və s. becərilir.
İSTİXANA – bax: parnik.
İSTİQANLI HEYVANLAR – bax. Hotoyoterm heyvanlar.
İSTİLİK BALANSI – ayrı-ayrı təbii mühitə (atmosfer, torpaq) daxil
olan və sərf olunan istiliyin nisbəti.
İSTİLİK ÇİRKLƏNMƏSİ – mühitdən temperaturun artması
nəticəsində baş verir. Əsasən sənayedə qızdırılmış hava və suyun (məs,
İES və AES turbinlərinin işi zamanı) tullantıları su hövzələrinin və
yaxınlıqdakı ətraf mühitin termik, kimyəvi və bioloji rejimini dəyişir.
Dostları ilə paylaş: |