QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə477/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   473   474   475   476   477   478   479   480   ...   1096
İONLARIN (H

+

 və OH

-

) KONSENTRASİYASI – Bu ionların tor-

paq məhlulunda nisbəti, şərti olaraq pH-la işarə olunur. Torpağı distillə 

suyunda qarışdıraraq alınan məhlulunda (1:2,5) təyin olunur. Çox turş 

torpaqlarda pH=3-4, turş torpaqlarda 5, zəif turş torpaqlarda 5-6, neytral 

torpaqda 7, zəif torpaqda 7-8, qələvili torpaqda 8-9, çox qələvi torpaqda 

9-11 olur. 



İONLAŞAN RADİASİYA,  İONLAŞAN  ŞÜALANMA  – mühitin 

ionlaşmasına səbəb olan şüalanma. İ.r. böyük intensivlikdə insan həyatı 

və digər orqanizmlər üçün təhlükəlidir. Mutasiya, şüa xəstəliyi və s. 

əmələ gətirir. Kosmos şüalarının İ.r.-dan biosfer ozon qatı ilə mühafizə 

olunur. 

İONOSFER  – atmosferin 50 (80) km-dən yuxarıda yerləşən 

ionlaşmış qatı. Yuxarı  sərhədi  şərti olaraq 15-20 min km götürülür. 

İonlaşma qısa dalğalı Günəş  şüalarının, korpuskulyar sellərin, kosmik 

şüaların və s. təsiri nəticəsində baş verir. Maks. ionlaşma gecə 300-400 

km, gündüz isə 160-320 km yüksəkliyədək müşahidə olunur. İ-də tem-

peratur hündürlükdən asılı olaraq yüzlərlə, hətta minlərlə dərəcəyə çatır. 

Buna görə İ. termosfer də adlanır. 

İPƏKÇİLİK – kənd təsərrüfatının ən qədim sahələrindən biri. Təbii 

ipək almaq üçün ipəkqurdunun yetişdirilməsi. Çində  təqribən 5 min il 

bundan  əvvəl təbii ipək almaq üçün ipəkqurdu yetişdirilmişdir. 

Azərbaycana ipəkqurdu toxumu təqr. V əsrdə gətirilmişdir. Azərbaycan 

ipəyi  İran, Kiçik Asiya, Suriya və Avropanın bir sıra ölkələrinə ixrac 

edilirdi. İpəyin keyfiyyətinə görə Azərbaycan 1-ci yerlərdən birini tutur. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   473   474   475   476   477   478   479   480   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin