QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə483/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   479   480   481   482   483   484   485   486   ...   1096
İSTİLİK ŞÜALANMASI – mütləq sıfırdan yuxarı temperaturu olan 

cisimlərin elektromaqnit şüalanması. məs., Yerin atmosferi İ.ş. buraxır. 

Daha dar mənada-infraqırmızı şüalanma. 



 

221 


 

İSTİLİK YÜKÜ – sənaye, kommunal və ya kənd təsərrüfatından 

vahid sahəyə  və ya su hövzəsi həcminə daxil olan istilik enerjisinin 

miqdarı. 

İSTİLİKVERMƏ  (İSTİLİKAYIRMA), FİZİOLOGİYADA  – 

heyvan orqanizmlərinin  ətraf mühitə istilik ayırması:  Şüalanma (radia-

siya İ) konveksiya və suyun buxarlanması yolu ilə baş verir. İnsan orqa-

nizmi istiliyin 50%-ni şüalanma, 25%-konveksiya və 25%-suyun 

buxarlanması ilə ayırır. 

İSTİLLƏR  – çökək yerlərdə (talveq, çuxur və s.) torpaq bənd 

çəkməklə süni yaradılmış  dərinliyi az olan su anbarları. Onlar ən çox 

Lənkəran zonasında yayılmışdır. İ. suvarma məqsədilə yaradılırdı. 1892-

ci ildə Lənkəran qəzasında 4,5 min hektar sahəsi olan 257 İ. olmuşdur. 

Bu i.-in suları ilə 16 min ha çəltik plantasiyası suvarılırdı. 1914-cü ildə 

istillərlə 21250 ha ərazi suvarılıb.  



İSTİRAHƏT – iş qabiliyyətini bərpa edən sakit vəziyyət. İ. aktiv və 

passiv olur. Passiv İ. yuxu və uzanmaqdır. İ-lə iş ardıcıl növbələşdikdə 

insanın  əmək fəaliyyətinin  əsasını  təşkil edən  şərti reflekslərin  əlaqəsi 

möhkəmlənir. Konkret əmək  şəraitindən asılı olaraq tez-tez 

qısamüddətli  İ. daha əlverişlidir.  İ. turizm, bədən tərbiyəsi və idmanla 

əlaqəli olmalıdır.  İ. kurort, sanatoriya, pansionat və istirahət evlərində 

daha səmərəli keçir. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   479   480   481   482   483   484   485   486   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin