İNSANI ƏHATƏ EDƏN TƏBİİ MÜHİT – insana və onun
təsərrüfatına hərtərəfli təsir göstərən abiotik və biotik faktorların
məcmusu. İ.ə. e.t.m. öz növbəsində insanın təsirinə məruz qalır.
İNSANIN İQLİMƏ UYĞUNLAŞMASI – orqanizmin adət etmədi-
yi iqlim şəraitinə aktiv uyğunlaşması (adaptasiya) prosesi. İqlimin
dəyişilməsi çox vaxt orqanizmə stimuledici təsir göstərir ki, bu da
adamları kurortlara göndərərkən nəzərə alınır.
İNSANLAŞMIŞ TƏBİƏT – insan fəaliyyəti ilə dəyişdirilən təbiət.
Elmi-texniki inqilab şəraitində cəmiyyət və təbiətin qarşılıqlı təsiri
nəticəsində yaranır. Termini V.Q.Afanasyev (1981) təklif etmişdir. Bax:
Antroposfer, NOOSFER.
İNSEKTARİY (lat. insectum – həşərat) – cücüləri artıran, saxlayan
və onların üzərində müşahidə aparılan bina. Bitkilərin bioloji mühafizəsi
məqsədi ilə faydalı cücülər (entomofaqlar) artırılır.
İNSEKTİSİDLƏR – pestisidlərin bir qrupu olub zərərli cücülərə
qarşı istifadə edilən kimyəvi maddələr. Bölünürlər: xlorüzvi İ. (qeptax-
lor), fosfor-üzvi İ. (karbofos və s.), bitki mənşəli İ. (anabazin, piretrin).
İ-in xüsusiyyətindən, cücülərin həyat tərzindən və xarici amillərdən asılı
olaraq onlar çiləmə, tozlama, tüstüləmə, aldadıcı yemlər, yapışqanlı hal-
qalar və zolaqlar, aerozol halında tətbiq edilir.
İ-in təbiətdə canlılara vurduğu zərər mürəkkəb və çox cəhətlidir. İ.
insanın istifadə etdiyi su hövzələrinə, tozlayıcı cücülərə, bitki və heyvan
mənşəli qidaya, yemlərə və s. zəhərli təsir göstərir Buna görə də kənd
təsərrüfatı bitkiləri zərərvericiləri ilə mübarizədə bioloji üsullar geniş
tətbiq edilməlidir.
Dostları ilə paylaş: |