İNVAZİYA (lat. invasio – hücum) – 1) İnsanın, heyvanın və
bitkilərin heyvan parazitlərilə yoluxması. 2) Müəyyən sahəni yeni
orqanizmlərin zəbt edib tutması.
“İNSAN VƏ BİOSFER” (ingil. “The Man and the Biosphere”
MAB) – təbii sərvətləri idarə etmək problemi ilə əlaqədar aparılan fun-
damental tədqiqatların koordinasiyası üzrə dövlətarası proqram (MFB).
Ümumittifaq bioloji proqramının davamı olaraq YUNESKO-nun Baş
konfransının 16-cı sessiyasında qəbul olunmuşdur. 1984-cü ilə qədər bu
proqramda 90-a qədər dövlət iştirak etmişdir. MAB-ın əsas vəzifəsi –
dünyanın müxtəlif rayonlarında insanın biosferdə gedən proseslərə
təsirini öyrənmək üçün kompleks çoxillik tədqiqatlar aparmaq, həmçinin
bu proseslərin dəyişilməsinin insanın özünə təsirini öyrənməkdir. Pro-
qrama 14 layihə daxil edilmişdir. Bu layihələr yerin əsas biomlarına
(meşə, tundra, savanna, çöl, səhra və s.), bütövlükdə ətraf mühitə
insanın çoxtərəfli təsirinin (torpaqdan istifadə, mühəndis-texniki işlər,
energiyadan istifadə və s.) öyrənilməsinə həsr edilmişdir.
216
Bu layihələr çərçivəsində 1000-ə yaxın «çöl» layihələri”, o cümlədən
meşə ekosistemlərinə havanın çirklənməsinin təsirinin öyrənilməsi, yeni
suvarma sistemlərinin fəaliyyəti yerlərdə ətraf mühitin müxtəlif
komponentlərinin dəyişilməsi üzərində müşahidə aparılması, resursların
çoxtərəfli qiymətləndirilməsi ilə əlaqədar tədqiqatların yerinə
yetirilməsi, müxtəlif dağ sistemlərində turizmin inkişafının təsirinin
öyrənilməsi məsələləri işlənib hazırlanır. Biosfer qoruqlarının
yaradılması da MAB-ın diqqət mərkəzindədir.
Dostları ilə paylaş: |