MİKROİQLİM – coğrafi landşaft daxilində kiçik ərazinin (məs.
meşə talası, göl sahili, şəhər meydançası, tarla və s.) iqlimi. M. dedikdə,
əsasən, həmin sahə üçün xarakterik olan ümumi iqlim şəraitindən fərqli
iqlim nəzərdə tutulur. M.-ə səth örtüyünün təsiri böyükdür. Buna görə
də, əsasən, havanın yer səthinə yaxın təbəqəsində əmələ gəlir və
hündürlük artdıqca yox olur. Yaşıl bitkilər zonasının, iri şəhərlərin, ayrı-
ayrı binaların və s. M.-i var. Yaşayış yerinin, istehsalat binalarının,
müalicə və uşaq müəssisələrinin və s. M.-i insan sağlamlığına bilavasitə
təsir göstərir və istənilən vaxt asanlıqla dəyişdirilir.
MİKROFAQLAR
– xırda qida hissəcikləri və ya
mikroorqanizmlərlə qidalanan heyvanlar (arılar-bitki tozcuqlarilə, bəzi
malyusklar göbələk sporlarilə, birhüceyrəli yosunlarla, torpaq
soxulcanları-ibtidailərlə, yosunlarla və s.).
MİKROFAUNA – mikroskopik (500 mkm-dən kiçik) heyvanların
məcmusu (ibtidailər, torpaq nematodları və s.).
MİKROFİLLƏR – bəzi qazıntı və müasir ali bitkilərin (məs.,
plaunkimilər) xırda yarpaqları; təkamül prosesi gedişində ali bitkilərin
əcdadı olan psilofitlərin yarpaqsız budaqlarında (telomlar) törəmə kimi
əmələ gəlir.
Dostları ilə paylaş: |