RADİASİYA EKOLOGİYASI – Ekologiyanın bölməsi olub ra-
dioaktiv maddələrin (nuklidlər) orqanizmə təsirini ayrı-ayrı ekosistem,
populyasiya, orqanizm qrupu və orqanizmlərin ionlaşma şüalarına
münasiətini, həmçinin ekosistemdə (populyasiya, biosenoloji mühit,
xüsusilə torpaqda biosenozlarda) nuklidlərin yayılması (paylanması) və
miqrasiyasını öyrənir. Yerüstü təmiz suların və dəniz ekosistemlərinin
radioekologiyasına bölünür.
RADİASİYA FONU – kosmik şüalanmanın torpaqdakı, hava və
ətraf mühitin digər obyektlərindəki radioaktiv izotopların miqdarının
insan və digər orqanizmlər üçün zərər verməyən ionlaşmış radiasiyanın
təbii dərəcəsi.
Dostları ilə paylaş: |