RADİOGİGİYENA, RADİASİYA GİGİYENASI – gigiyenanın
bir bölməsi; ionlaşmış şüalanmanın təsirini və insanı radiasiyadan
mühafizə etmək üsullarının hazıranmasını, həmçinin biosferdə və qida
məhsullarında radiasiya çirklənməsinin dözülən dərəcəsini öyrənir.
RADİOLOJİ SİLAH – radioaktiv döyüş maddələri ionlaşdırıcı
şüalar ilə zədələmək, ətraf mühit və obyektləri zəhərləmək üçün kütləvi
qırğın silahı növlərindən biri.
RADİOMETRLƏR (radio... və yun. metreo - ölçüləri) – elektro-
maqnit şüalanmasını, radioaktiv maddələrin aktivliyini, müxtəlif
mühitlərdə radionuklidlərin konsentrasiyasını, həmçinin səthin radioak-
tiv çirklənmə dərəcəsini ölçmək üçün cihazlar.
Dostları ilə paylaş: |