REKREASİYA MEŞƏLƏRİ – Əhalinin kütləvi istirahət və
əyləncə məqsədi üçün ayrılmış meşə sahələri. Bu məqsədlə təşkil olunan
yaşıl zonalar, meşə-parklar təbii meşələr fonunda yaradılır və meşələrin
normal funksiyası saxlanılmaqla rekreasiya həcmi artırılır. Belə ki,
meşə-parklar yaradarkən orada meşə landşaftları, çəmənlik sahələri,
ayrı-ayrı meşə talaları öz təbii halında saxlanılır. Eyni zamanda burada
bir sıra tədbirlər sistemi də həyata keçirmək lazım gəlir. Meşə-parklarda
çəmənliklər, idman meydançaları, gündəlik istirahət üçün evlər və s.
yaradılması məsləhətdir. Park və qoruqdan fərqli olaraq R.m-nə gələn
vətəndaşlar müxtəlif istiqamətlərdə gəzintiyə çıxmaq, çiçək, göbələk,
meyvə, giləmeyvə, dərman bitkisi yığmaq, balıq tutmaq imkanına malik
ola bilər. Ona görə də R.m.-ndə xüsusi yollar, cığırlar şəbəkəsi də
planlaşdırılır.
Respublikamızda R.m. əsasən sanatoriya və kurortlar ətrafında
(İstisu, Şuşa, Şəki, Abşeron, Yalama) meşəli rayon mərkəzləri tərafında
yerləşir.
Dostları ilə paylaş: |