REKREASİYA OBYEKTİ – istirahət üçün ayrılmış kiçik təbiət
sahəsi(göl, nohur, meşə talası və s.).
REKREASİYA POTENSİALI – təbiət ərazisinin insana müsbət fi-
ziki, psixoloji təsir bağışlaması xassəsi. Bu əsasən istirahət vaxtı təzahür
edir.
REKREASİYA RESURSLARI – insanın istirahətini təmin edən,
onun sağlamlığını və əmək qabiliyyətini bərpa edən təbii resurslar.
REKREASİYA SU HÖVZƏSİ – əhalinin kütləvi istirahəti
məqsədilə istifadə etdiyi su hövzəsi.
REKREASİYA YÜKÜ – istirahət edənlərin (balıqtutma, turist,
ovçu və s.) və onların nəqliyyat vasitələrinin təbii komplekslərə və re-
kreasiya obyektlərinə bilavasitə təsir dərəcəsi. Vahid sahəyə və ya re-
kreasiya obyektinə bir gündə gələn adamların sayı ilə ifadə olunur.
REKULTİVASİYA (re... və lat. cultivo - becərirəm) – Torpaqların
məhsuldarlığını bərpa etmək, ətraf mühitin şəraitini yaxşılaşdırmaq üçün
kompleks tədbirlər. Torpağın pozulması faydalı qazıntı yataqlarından
istifadə etdikdə (əsasən açıq üsulla), geoloji kəşfiyyat-axtarış işləri
zamanı, tikintilər və s. işlər apardıqda baş verir. Bu zaman torpaq örtüyü
pozulur və ya tamamilə dağıdılır, hidroloji rejim pozulur, texnogen re-
lyef əmələ gəlir və s. R. nəticəsində pozulmuş torpaq sahələrindən kənd
təsərrüfatında və meşəsalma işində, müxtəlif məqsədli su hövzələri, re-
373
kreasiya zonaları yaratdıqda və tikintidə istifadə edilir. Torpağın
rekultivasiyası adətən iki mərhələdə yerinə yetirilir: a) texniki (səthin
planirovkası, onun münbit qatla örtülməsi və ya torpağın
yaxşılaşdırılması, yolların salınması, hidrotexniki və meliorativ
qurğuların tikilməsi və b.) bioloji (rekultivasiya aparılan sahədə aqro-
texniki və fitomeliorasiya tədbirləri yerinə yetirərək münbitliyi bərpa
etmək, torpaqəmələgəlmə prosesini sürətləndirmək, flora və faunanın
bərpasına şərait yaratmaq). Bax: torpağın rekultivasiyası.
Dostları ilə paylaş: |