REKREASİYA DİQRESSİYASI – əhalinin istirahəti üçün təbii
komplekslərin (əsasən meşə biosenozları) intensiv istifadəsi nəticəsində
dəyişməsi. Meşə biosenozuna əsas rekreasiya təsirləri bunlardır: mex-
aniki (tapdanma, budaqların kəsilməsi, odun hazırlanması, tonqal
qalanması, heyvanların qorxudulması və s.), meşədən göbələk,
giləmeyvə, çiçək və s. yığılması. Meşəyə daim təsir nəticəsində (bitkinin
tapdanması və torpağın bərkiməsi) baş verir.
REKREASİYA COĞRAFİYASI – ərazi rekreasiya sisteminin –
planetin quru ərazisində və akvatoriyasında istirahət yerlərinin
yaranması, yerləşməsi və fəaliyyətini öyrənən elm sahəsi.
REKREASİYA ƏRAZİSİ – əhalinin istirahəti, sağlamlıq və əmək
fəaliyyətini bərpa etmək üçün təyin olunmuş quru və ya su səthi sahəsi.
REKREASİYA KADASTRI – insanın istirahəti və sağlamlığının
372
bərpası məqsədilə ayrılmış ərazilər haqqında məlumatların məcmusu.
R.k.-na obyektlərin estetik qiyməti, marşrutların mürəkkəblik dərəcəsi,
onların müxtəlif istirahətçi kateqoriyası üçün əlverişliliyi və s. göstərilir.
Dostları ilə paylaş: |