375
xanlardan, dyunlardan, qum təpələrindən, qum tirələrindən və s.-dən
ibarətdir. R.e.f. əsasən arid iqlim şəraitində, yəni səhralarda əmələ gəlir.
RELYEFİN YARUSLUĞU – Yüksəkliyə qalxdıqca relyef tipinin
ardıcıl dəyişməsi. İqlim zonallığı (şaquli R.y.) və ya dağın inkişaf
tarixilə əlaqədardır.
REMONTANT BİTKİLƏR – ildə bir neçə dəfə çiçəkləyib meyvə
verən (bəzi qızılgül sortları, sitruslar və s.) bitkilər.
REOBENTOS (yun. rheos - axın) –
çay bentosu.
REOFİLLƏR, POTAMOFİLLƏR, POTAMOBİONTLAR –
güclü axan çayları üstün tutan orqanizmlər.
REOFİTLƏR – güclü axan çayların və dənizlərin dalğadöyən
zolağını üstün tutan bitkilər (məs., litoderma, su mamırı). Adətən
lentvarı formada və ya kolcuqların dibinə möhkəm yapışmış halda olur.
Dostları ilə paylaş: