376
faktorların (məs., zəhər, çirkləndirici, parazit, xəstəlik) təsirinə qarşı
davamlığı.
RƏQABƏT (biologiyada) – yarış, eyni və ya müxtəlif növdən olan
orqanizmlər arasında qarşılıqlı münasibət; bu zaman onlar eyni yaşayış
vasitəsi və çoxalma şəraiti üçün yarışırlar. R. qrupdaxili və qruparası
olur. Qrupdaxili R. populyasiya fərdlərinin arasında özünün və nəslinin
həyatını qorumaq uğrunda gedir. Qruparası R. populyasiyalar arasında
gedir və bir populyasiyanın digərini sıxışdırıb çıxarmasilə nəticələnir.
Növarası R. ən yaxın növlər arasında daha kəskin müşahidə olunur: bir
növ üçün şəraitin əlverişli tərəfə dəyişməsi zamanı R. onun başqa növü
sıxışdırıb aradan çıxarmasına səbəb olur.
Dostları ilə paylaş: