377
strixin, kükürd anhidridi və s.).
RODOLOGİYA – botanikanın gülləri öyrənən bölməsi.
RUDEFİTLƏR – Alaq otları.
RUDERAL ORQANİZMLƏR – Çınqıl, tikinti tullantıları,
çəpərlərin, yolların kənarlarında bitən bitkilər. Ruderal bitkilərə
dəlibəng, batbat, gicitkən, ağ pıtraq, pıtraq və s. daxildir. Ruderal
bitkilərin insandan və heyvandan qorunması üçün uyğunlaşmalara
(zəhərli maddələr, tikanlar, dalayıcı tüklər və s.) malikdir, segetal
bitkilərlə birlikdə alaq bitkiləri qrupunu təşkil edir. Bir sıra ruderal
cücülər də məlumdur.
Dostları ilə paylaş: