RUDİMENTLƏR (lat. rudimentum – rüşeym) – təkamül
prosesində əhəmiyyətini itirmiş, məhv olma dərəcəsindəki orqanlar.
RÜTUBƏT – fiziki cisimlərdə suyun miqdarı. R. atmosferdəki nisbi
R.-dən, maddələrin təbiətindən və məsaməlilik dərəcəsindən, bərk
cisimlərin daxili və xarici ölçülərindən asılıdır. R. adətən faizlə ifadə
olunur. R. maddənin quru hissəsinin vahid həcminə düşən suyun
miqdarı (mütləq R.) ilə də xarakterizə edilir.
RÜTUBƏT DÖVRANI – atmosferlə Yer səthi arasında daim baş
verən rütubət mübadiləsi. Buxarlanma, su buxarının atmosferdə bir
yerdən digər yerə aparılması, onun atmosferdə kondensasiyası,
yağıntıların düşməsi və axım proseslərindən ibarətdir.
RÜTUBƏTLİK AMİLİ – orqanizm və ya orqanizm sisteminə
(ekosistemə) təsir göstərən mühit əmələgətirən su komponenti.
RÜTUBƏTLİK ƏMSALI – Atmosfer yağıntılarının cəminin
buxarlanmanın miqdarı, yəni müəyyən bir ekosistemdə torpağın
səhindən buxarlanmanın potensial miqdarına nisbəti (buxarlandırıcı adlı
xüsusi cihazın köməyi ilə ölçülür). R.ə. illik yağıntının cəmini illik bux-
arlanmaya bölməklə hesablanır. Optimal əmsal vahidə yaxındır. A.
Kovdanın R.ə.-na görə
aşağıdakı fasiyalar ayırmaq olar:
Superhumid
– 1,5-3
Semiarid
– 0,7-0,5
Humid
– 1,2-1,5
Arid
– 0,5-0,3
Normal
– 1,0
Ekstraarid
– 0,2
Dostları ilə paylaş: |