SAKİTLİK ZONASI – müəyyən təsərrüfat fəaliyyəti və rekreasiya
rejimi təyin olunan ovçuluq, balıqçılıq, yaşıl zona, meşə-park sahələri.
Bu, əsasən, kütləvi surətdə vəhşi heyvanlar artan yerlərdə ayrılır. S.z.-da
adətən yad adamların olması, orada yaşayan heyvanların yaşayışının
pozulmasına yönəldilən fəaliyyət növləri qadağan edilməlidir.
SANİTAR HİDROBİOLOGİYASI – ümumi hidrobiologiyanın
bölməsi; suyun keyfiyyətinin formalaşmasına məsul bioloji prosesləri,
həmçinin içməli su hövzələrindən istifadə etdikdə insanın sağlamlığının
qorunması üçün prosesləri mümkün idarə etmək yollarını tədiq edir.
S.h.-na nail olmaq məqsədilə içməli və çirkab sularının təmizlənməsi
metodlarından istifadə olunur. Su hövzələrinin sanitar vəziyyətinə
qiymət vermək üçün müxtəlif kəmiyyət və keyfiyyət metodları tətbiq
olunur, onlardan bioindiqasiya metodu daha geniş yayılmışdır.
Dostları ilə paylaş: |