SAPROBLUQ İNDEKSİ – hidrobiont qruplaşmalarının üzvi
çirklənmə dərəcəsinə davam gətirməsinin miqdar ifadəsi.
SAPROFAQLAR – leşlə qidalanan heyvanlar: kaftarlar, kərkəslər,
qarğalar, leşyeyənlər, gönyeyənlər, xərçəngkimilər və s. Bir çox
yırtıcılar və cücüyeyənlər də qismən S-dır. Çürümüş qalıqları məhv et-
diyi üçün S. təbii sanitar hesab olunurlar.
SAPROFİTLƏR – Canlıların xaric etdiyi maddələr və ya ölmüş
orqanizmlərin üzvi maddələri ilə qidalanan bitki və mikroorqanizmlər.
Qidalanma tipinə görə S. heterotrofdurlar. Avtotrof orqanizmlərlə bir-
likdə təbiətdə maddələr mübadiləsində böyük rol oynayırlar. S.-ə,
əsasən, bakteriyalar, aktinomietlər və göbələklər arasında təsadüf olu-
nur. Bəzi S. canlı orqanizmlər üzərində saprofit həyat tərzindən parazit
həyat tərzinə keçir.
Dostları ilə paylaş: |