380
rumaq məqsədilə xüsusi ayrılmış ərazi və bitki örtüyü zonası.
SANİTAR PROFİLAKTİKA MƏNTƏQƏSİ – insanları
təmizləmək, onların geyimlərini zərərsizləşdirmək üçün xüsusi
avadanlıq otağı.
SANİTARİYA, SANİTAR İŞİ – səhiyyənin bir sahəsi; epidemiya-
lara qarşı mübarizə tədbirləri hazırlayır, sanitariya-gigiyena işləri aparır.
Bu işlə sanitariya epidemioloji xidmət məşğul olur.
SAPROBİONTLAR, SAPROBLAR (yun. sapros - çürük) – üzvi
maddələrlə bu və ya digər dərəcədə çirklənmiş sularda yaşayan bitki və
heyvanlar. Çox çirkli sularda yaşayanlar polisaproblar, orta çirkli sular-
da yaşayanlar mezosaroblar, az çirkli sularda yaşayanlar oliqosaproblar
adlanır. S-ın tərkibi, miqdarı və bunların spesifik qruplaşmasının struk-
turu su hövzələrinin üzvi xammal istehsal edən müəssisələrin tullantıları
ilə zibillənmə dərəcəsini bilmək üçün meyardır.
Dostları ilə paylaş: