SENOBİOZ (yun. koinos - birlikdə) – orqanizmlərin qruplaşmada
birgə yaşayışı. bax. biosenoz.
SENOCOĞRAFİYA – 1) biocoğrafiyanın biogesenozların və
ekosistemlərin yayılması qanunauyğunluqlarını öyrənən bölməsi: 2)
Geobotanikanın bitki qruplarının coğrafi yayılması
qanunauyğunluqlarını tədqiq edən bölməsi. Bura geobotaniki
rayonlaşdırma, xəritələşdirmə və geobotaniki kartoqrafiya daxildir.
SENOEKOSİSTEM – (senoz və ekosistem, Bıkov, 1970), biogeo-
senoz (Sukaçov, 1942), geoekosistem (Soçava, 1970), geoekobiota (Qe-
rasimov, 1973), bioekos (Nesterov, 1975) – biosenoza xas olan bioseno-
loji mühit, müəyyən edilmiş maddələr mübadiləsi, energiya axını və
məhsuldarlıqla birlikdə həmin biosenoza uyğun elementar ekosistem.
Qonşu ekosistemlərlə müxtəlif inkişaf səviyyəsi və bilavasitə senotik
əlaqəsi vardır. Əgər öz xüsusiyyətlərinə görə (dominantlıq edən bitkilər
bir ekobiomorfa aid olduqda) senoekosistemlər yaxındırlarsa onlar kon-
qreqasion ekosistemlərdə birləşir.
Dostları ilə paylaş: |