QəRİb məMMƏdov mahmud xəLİlov


SƏRVKİMİLƏR  (Cupressaceae)



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə842/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   838   839   840   841   842   843   844   845   ...   1096
SƏRVKİMİLƏR  (Cupressaceae)  – iynəyarpaqlı bitki fəsiləsi. 

Həmişəyaşıl kol və yaxud ağacdır.  İynə  və pulcuq formalı yarpaqları 

qarşı-qarşıya, yaxud 3-ü bir yerdə  dəstə ilə düzülür. Azərbaycanda bir 



 

387 


 

cinsi-ardıc təbii halda bitir, 2 cinsi-tuya və sərv becərilir. 



 

 

Kəskin iyli ardıc: a-budağı,  

b-meyvəsi 

Çoxmeyvəli ardıc: a-ayrıca budağı 

Uzunsov ardıc: a-iynəsi, b-meyvəsi 


 

388 


 

 

SƏS-KÜY ÇİRKLƏNMƏSİ 

– 

Ətraf mühitin fiziki 



çirkləndirilməsindən biri. Səs-küyə adaptasiya yaranmır, orqanizmin 

əsəb sistemini pozur, bəzən tam kar edir. 



SƏS-KÜY XƏRİTƏSİ  – yaşayış  məntəqələrinin və ya sənaye 

müəssisələrinin ayrı-ayrı sahələrində  səs-küyün səviyyəsini göstərən 

xəritə. 

SƏS-KÜY XƏSTƏLİYİ  –uzun müddət yüksək səs-küy  şəraitində 

işləməkdən yaranan ağır eşitmə, hepertoniya, baş ağrıları və. s. 



SƏTH SULARI – Yer səthi ilə suyun axması; çay yatağı və yamac 

S.s.-na bölünür. 

S.s. özünün iki genetik mənşəyinin – qar və yağış sularının torpaq 

örtüyünə hopa bilməyən və onun səthi ilə axan suların cəmindən 

ibarətdir. Bu sular dağlıq  ərazilərdə daşqınlar, sellər yaradaraq xalq 

təsərrüfatına böyük ziyan vurur. Əsas ziyanvurucu daşqınlar (sellər) 

Böyük Qafqazın cənub yamacında müşahidə olunur. 

SIFIR ARTIM – hər hansı regionun populyasiyalarının sayının sta-

billiyini əks etdirən doğum və ölümün bərabərliyi. 



SIĞINAQ  –heyvanların  əlverişsiz təsirlərdən-digər heyvanların 

(yırtıcı) təsirindən və ya ətraf abiotik təsirlərdən (çox soyuq, çox isti 

havadan və s.) qorunması üçün imkan yaranan yer. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   838   839   840   841   842   843   844   845   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin