QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə844/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   840   841   842   843   844   845   846   847   ...   1096
SİKLİK SUKSESSİYA  – günəş aktivliyinin dəyişməsi, iqlim 

flyuktuasiyası və s. dəyişməsilə bağlı ekosistemin daxilən «qocalması”» 

və “cavanlaşması” nəticəsində onun əsrlik dinamikası. 

SİKLOKLİMAKS  – azdavamlı klimaks olub dominantların 

generasiyası ətraf mühit şəraitinin illik tərrəddüdünə uyğun gəlir. 



SİKLON (yun. kuklos - dövrə) – atmosferin alçaq təzyiq sahəsi ilə 

əlaqədar olaraq havanın burulğanlı  hərəkəti. Yerin fırlanması 

nəticəsindən S.-da havanın hərəkəti  şimal yarımkürəsində sağdan sola, 



 

389 


 

yəni saat əqrəbinin əksinə, cənub yarımkürəsində isə soldan sağa, yəni 

saat  əqrəbi istiqaməti üzrə olur. Hərəkətin sürəti təxm. 20 m/s və 

yüksəkdir. Siklonun mərkəzinə doğru külək güclənir və orada buludlu 

hava üstünlük təşkil edir. 

SİQMATİZM  – Beynəlxalq geobotaniki tədqiqat mərkəzi (Mon-

pelye, Fransa). Fitosenozların floristik klassifikasiyası istiqaməti olub 

Braun-Blanke (1964) və onun tərəfdarları  tərəfindən inkişaf 

etdirilmişdir. 



SİLİKATLAR – tərkibində silisium-oksid (Si O

2

) olan təbii və süni 



maddələr. Müasir silikat sənayesi tikinti materiallarına olan tələbatı 

ödəyir. 


SİLOS – kənd təsərrüfatı heyvanları üçün bioloji metodla acıdılmış 

(konservləşdirilmiş) və yaxud kimyəvi turş minerallar əlavə etməklə 

hazırlanmış şirəli yem. S. kütləsi üçün xüsusi anbar, xəndək və ya quyu 

tikilir. S. qarğıdalı, günəbaxan, çölnoxudu, vələmir və s. S. otlarından və 

bitki qalıqlarından hazırlanır. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   840   841   842   843   844   845   846   847   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin