SİMBİOZ (yun. syn – bir yerdə) – İki növdən olan fərdlərin birgə
yaşamasının elə bir formasıdır ki, bu zaman hər iki fərd xarici mühitlə
bilavasitə qarşılıqlı təsirdə olur; xarici mühitlə münasibətlərin tənzimi
hər iki orqanizmin fəaliyyəti ilə uyğunlaşır. Geniş mənada S. parazitizm
də (bu halda antoqonist S. adlanır) daxil olmaqla müxtəlif növlərdən
olan orqanizmlərin sıx birgə yaşamasının bütün formalarını əhatə edir.
Bitki bitki ilə, bitki heyvanla, heyvan heyvanla, bitki və heyvan
mikroorqanizmlərlə simbiotik münasibətdə olurlar. S. terminini ilk dəfə
alman botaniki A. de Bari (1979) təklif etmişdir. Bitkilər arasındakı S.-a
ən yaxşı misal mikorizadır.
SİMBİOGENEZ – simbioz yolu ilə çoxhüceyrəli orqanizmlərin
mənşəyi haqqında hipotez. A.R.Faminski tərəfindən (19-cu əsrin 60-cı
illərində) irəli sürülmüşdür. S. problemi hələlik mübahisəli olaraq qalır.
SİMBİONT – simbiozda iştirak edən partnyor. Məs., termitin
bağırsaq yolunda yaşayan ibtidailər: göbələk və yosunların şibyə
qruplaşmasında məskunlaşması: mikorizalı göbələyin paxlalıların
kökündə olması və s.
SİMBİOTOPİYA – oxşar yerlərdə bir-birinə yaxın növlərin birlikdə
yaşaması.
SİMFİZİOLOGİYA
– ümumi ekologiyanın bölməsi
(biosenologiyanın bir hissəsi): Yerin canlı örtüyünün yaşamaq stabil-
liyini saxlayan orqanizmlər arasındakı qarşılıqlı əlaqə və onların mühitlə
əlaqə proseslərini öyrənir. S. konsepsiyası V.N.Beklemişev tərəfindən
hazırlanmışdır.
390
SİMPATRİÇLİK – iki və daha çox növün və ya bir növ
populyasiyanın birlikdə eyni vilayətdə yaşaması.
Dostları ilə paylaş: |