SİNANTROPLAR (sin... və yun. anthoropos - insan) – bax:
Antropofillər və Antropofitlər.
SİNDİNAMİKA (sin... və yun. dynamis - qüvvə) – Xarici mühitin
dövrü olaraq dəyişməsi, suksessiyaların formalaşması (sinsenogenez) və
təkamülü (biosenogez) ilə əlaqədar biosenozların dinamikası, onların
dəyişkənliyi.
SİNDİNAMİK SUKSESSİYALAR və dəyişilmələr, genetik suk-
sessiyalar (Sukaçev, 1965) – Səthində biosenoloji mühit olmayan bitki
örtüyündən məhrum olan şəraitdə qruplaşmaların baş verməsi və
inkişafı ilə gedən suksessiyalar. Fərdi növlər məskunlaşaraq biosenoz
formalaşana qədər bir sıra prosenozların dəyişilməsindən ibarətdir. İlk
prosenozun başlanması əmələ gəldiyi mühitin xarakterinə görə gil
substratı üzərində (Geosere), qum üzərində (Psammasere), daş
substratında (Zithosere), həmçinin vulkan külü üzərində (Ginosere) və
su mühitində (Hydrosere) ola bilər.
SİNEGENEZ – birgə, qarşılıqlı (ancaq paralel olmayan) təkamül
inkişafı: fitosenozun formalaşması və ya bərpa olunması.
SİNEKOLOGİYA – Ekologiyanın bir bölməsi, populyasiya və
qruplaşmaların xarici və biosenoloji mühitlə əlaqəsini, onların mühit
yaradıcı rolunu, populyasiya qruplaşmalarında gedən fizioloji prosesləri,
o cümlədən fotosintezi, tənəffüs və transpirasiyanı öyrənir.
SİNXOROLOGİYA – biosenologiyanın bölməsi: ekosistemlərin
bocoğrafiyasını öyrənir (komplekslik, zonallıq, rayonlaşdırma,
biosenozların arealı, biotaların coğrafi elementləri və s.). Termini
İ.Braun-Blanke (1951) təklif etmişdir.
Dostları ilə paylaş: |